Özbəkistanda uşaqları qanunsuz dini təhsilə cəlb edən valideynlər cəzalandırılacaq

Dünya

24.02.2025 14:45

2119

Özbəkistan parlamenti 2024-cü ildə uşaqları qeyri-qanuni dini təhsilə cəlb edən valideynlərə cərimə və 15 günlük həbs cəzası tətbiq edən qanun qəbul edib. Qanun prezident Şavkat Mirziyoyev tərəfindən imzalanıb və ölkənin milli qanunvericilik bazasında dərc edildikdən sonra qüvvəyə minib.

TodayPress xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.

Qanuna görə, uşağını dini təhsilə cəlb edən valideynlər və ya onları əvəz edən şəxslər 10-dan 15-ə qədər əsas hesablanmış vahidlər (BHV) miqdarında cərimə olunacaqlar. Hazırda 1 BHV 375 min sum (təxminən 1 ABŞ dolları = 12,916.18 sum) təşkil edir.

Təkrarlanan pozuntular halında, 15-dən 25-ə qədər BHV və ya 15 günə qədər inzibati həbs cəzası verilə bilər.

Son illərdə Özbəkistanın hüquq-mühafizə orqanları qeyri-rəsmi dini məktəblərin fəaliyyətini dayandırdıqlarını bildiriblər. Eyni zamanda, ölkədə rəsmi dini orta və ali təhsil müəssisələri fəaliyyət göstərir.

Qiymət Mahir

tag: Özbəkistan,Məcburi,Din,Təhsil,Cəza,todaypress.az,