Özgür Özəl yenidən CHP sədri seçildi - Yeniləndi
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl 1 171 səslə yenidən partiyanın rəhbəri seçilib.
***
14:10
Türkiyədə ana müxalifət partiyasının növbədənkənar qurultayında sədr postuna yeganə namizəd olacaq.
TodayPress xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri postuna namizəd olacağını açıqlayan sabiq millət vəkili Berhan Şimşek qurultay nümayəndələrindən yetərli imza toplaya bilmədiyi üçün namizəd olmayıb.
Bundan əvvəl Antalyanın Muratpaşa rayonunun bələdiyyə sədri Ümit Uysal namizədliyini geri götürüb.
Beləliklə, bu posta yeganə namizəd partiyanın hazırkı sədri Özgür Özəl olacaq.
tag: Özgür Özəl,Türkiyə,CHP,Qurultay,