Pakistan 80 girovu xilas etdi

Dünya

12.03.2025 09:29

2483

Pakistan təhlükəsizlik qüvvələri yaraqlılar tərəfindən qatarda girov götürülən 80 nəfəri xilas edib. 

TodayPress xəbər verir ki, bu barədə "Geo News" məlumat yayıb. 

Xilas edilənlər arasında 26 qadın və 11 uşağın olduğu bildirilir.   

Hazırda təhlükəsizlik qüvvələri digər girovların xilas edilməsi əməliyyatını davam etdirir. 

Pakistan təhlükəsizlik qüvvələrinin məlumatına görə, terrorçular  Əfqanıstandan olan idarəçiləri ilə əlaqədədir və qalan girovları da canlı qalxan kimi saxlayırlar. 

Qeyd edək ki, 11 martda Bəlucistan Azadlıq Ordusu qruplaşmasının yaraqlıları Pakistanda 450 qatar sərnişinini girov götürüblər. 

Türkan İsgəndər

tag: Pakistan,Girov,Hücum,Əməliyyat,Todaypress.az,