Pakistan: Gərginliyi azalda bilərik, amma…
Pakistan Hindistanla münasibətlərdə yaranan gərginliyi aradan qaldırmağa hazırdır, lakin bu, yalnız Hindistanın İslam Respublikasına qarşı aqressiv addımlarından imtina etməsi ilə mümkün ola bilər.
TodayPress xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
“Son iki həftə ərzində dəfələrlə bəyan etmişik ki, Hindistana qarşı düşmənçilik etmək niyyətində deyilik. Amma əgər bizə hücum edilərsə, cavab verəcəyik. Əgər Hindistan geri çəkilsə, biz də bu gərginliyi dayandırarıq” deyə nazir vurğulayıb.
Agentliyin Hindistanla mümkün sülh danışıqları barədə sualını cavablandıran Asif, hazırda belə bir dialoqun perspektivi ilə bağlı heç bir məlumatının olmadığını qeyd edib.
Qiymət Mahir
tag: Pakistan ,Hindistan,Xavaca Məhəmməd Asif,Münaqişə,todaypress.az,