Pakistan hava məkanını müvəqqəti bağladı

Dünya

10.05.2025 05:57

15

Pakistan öz hava məkanını müvəqqəti bağladığını elan edib.

TodayPress xəbər verir ki, bu barədə "GeoTV" Pakistan Hava Limanları İdarəsinə istinadən məlumat yayıb.

Səlahiyyətli qurumun məlumatına görə, Pakistan Hindistanın zərbələri ilə əlaqədar təhlükəsizlik məqsədilə 03:15-dən (Bakı vaxtı ilə 02:15) 12:00-dək (Bakı vaxtı ilə 11:00) hava məkanını bütün uçuşlar üçün bağlayıb.

Qeyd edək ki, Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bəyan edib.

tag: Pakistan, Hindistan, Hava Limanı, Təyyarə, todaypress.az,