Pakistan Hindistana xəbərdarlıq etdi
Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin genişmiqyaslı manevrləri fonunda Yeni Dehlini Pakistanın hava məkanına müdaxilə etməməsi barədə xəbərdarlıq edib.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Pakistanın müdafiə naziri Xavaca Asif açıqlama verib.
Aprelin 22-də Hindistanın cənubunda yerləşən Kəşmir vilayətində turistlərə silahlı hücum edilib. Hücum zamanı azı 25 turist həlak olub, 24-ü yaralanıb.
Hindistan hadisəyə görə Pakistanı günahlandırıb və ölkənin Nyu-Dehlidəki Səfirliyinin müdafiə, hərbi-dəniz və hərbi-hava qüvvələri üzrə müşavirlərini “arzuolunmaz şəxs” elan edib. Həmin şəxslər həftə ərzində Hindistanı tərk etməlidirlər. Bundan sonra iki ölkə arasında gərginlik artıb.
tag: Hindistan, Pakistan, Xavaca, Hərbi, Kəşmir, todaypress.az,