Pakistan Hindistanın hərbi obyektlərini vurdu
Pakistan Ordusu Hindistanın Cammu və Kəşmir bölgəsindəki Birnala şəhərində yerləşən bir aerodromu və üç nəzarət-buraxılış məntəqəsini məhv etdiyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Bildirilir ki, bu, Hindistanın 7 mayda Pakistanın hərbi bazalarına etdiyi raket hücumlarına cavab olaraq həyata keçirilib.
Pakistan bu hərbi əməliyyata “Bunyan ul Marsus” adını verib. Hər iki ölkə arasında qarşılıqlı hücumlar nəticəsində mülki itkilər də baş verib. Pakistan 33 nəfərin öldüyünü, Hindistan isə bir yüksək vəzifəli şəxsin həyatını itirdiyini açıqlayıb.
Hazırda tərəflər hava məkanlarını bağlayıb və beynəlxalq ictimaiyyət onları sakitliyə və danışıqlara çağırır.
Türkan İsgəndərli
tag: Hindistan,Hərbi,Atışma,Pakistan,todaypress.az,