Pakistan Prezidenti təcili xəstəxanaya yerləşdirildi
Pakistan Prezidenti Asif Əli Zərdari
vəziyyəti pisləşdiyi üçün təcili olaraq Kəraçidəki özəl xəstəxanaya
yerləşdirilib.
TodayPress xəbər verir ki, bu barədə Pakistan mətbuatı
məlumat yayıb.
Pakistan Xalq Partiyasının (PPP) məlumatına görə, Zərdari
hazırda müalicə alır və həkimlər onun vəziyyətini qiymətləndirmək üçün lazımi
tibbi müayinələr aparırlar. Xəstəxananın ətrafında təhlükəsizlik tədbirləri
gücləndirilib: hüquq-mühafizə orqanları müəssisənin ərazisinə icazəsiz girişi
məhdudlaşdırıb.
Xəstəxanaya yerləşdirilməsindən bir gün əvvəl prezident
Nəvabşahdakı iqamətgahında Ramazan bayramı namazında iştirak edib. Orada onu
Milli Assambleyanın sədr müavini Qulam Mustafa Şah, əyalət naziri Əli Həsən və
bir sıra qonaqlar müşayiət edib.
Xatırladaq ki, 2024-cü ildə BƏƏ-yə özəl səfəri zamanı
Dubayda təyyarədən çıxarkən Zərdarinin ayağı sınıb.
Hələlik onun səhhəti ilə bağlı rəsmi açıqlama verilməyib.
tag: Pakistan, Prezident, Xəstəxana, Dubay,Zərdari, todaypress.az,