Pakistan və Hindistan orudusu təlimlərə başladı

Dünya

25.04.2025 14:20

93

Pakistan ordusu Hindistanla artan hərbi gərginlik fonunda təlimlərə başlayıb.

TodayPress xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Paytaxt İslamabaddan 60 km aralıda yerləşən Böyük Kamra aviabazasında döyüş təyyarələri təlimlərə cəlb olunub. 

Eyni zamanda Tilla poliqonunda toplardan atəş təlimləri keçirilib. 

Analitiklərin fikrincə, bu, Pakistanın Hindistan ordusu ilə qarşıdakı döyüşlərə hazır olması barədə siqnaldır.

İddia edilir ki, iki ölkə arasında gərginlik artmaqda davam edir və tərəflər mümkün toqquşmaya hazırlaşırlar.

Hindistan Hərbi Hava Qüvvələri də cavab olaraq Pakistan sərhədinə yaxın ərazidə "Su-30", “Rafale” qırıcıları və “Surat” esminesinin iştirakı ilə genişmiqyaslı təlim keçirib.

Qeyd edək ki, aprelin 22-də Kəşmirdə baş verən atışma Hindistan və Pakistan arasında gərginliyə səbəb olub.

Nicat Osman 

tag: Pakistan,Hindistan,Müharibə,Hazırlıq,Todaypress.az,