Pakistanda 450 sərnişinli qatar qaçırıldı
Pakistanda Bəlucistan Azadlıq Ordusu ekstremist qruplaşmasının silahlıları qatara basqın ediblər.
TodayPress xəbər verir ki, bu barədə Bəlucistan əyalətinin dəmir yolu departamentinin rəsmisi Məhəmməd Kaşif deyib.
Qrup rəsmisi qeyd edib ki, nəqliyyatda olan 450-dən çox sərnişin yaraqlılar tərəfindən girov saxlanılır.
Onların arasında polis əməkdaşlarının da var.
Hadisədən əvvəl atışma nəticəsində təhlükəsizlik qüvvələrinin 6 nəfər əməkdaşı öldürülüb.
İlkin məlumata əsasən, qatar Pişəvər şəhərinə hərəkət edirmiş.
Hazırda hərəkət məhdudlaşdırılıb.
Türkan İsgəndərli
tag: Pakistan,Qatar,Basqın,Girov,Terror,Todaypress.az,