Pakistanda 5 ballıq zəlzələ oldu

Dünya

12.04.2025 12:25

17

Pakistanda 5 bal gücündə zəlzələ qeydə alınıb.   

TodayPress xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. 

Zəlzələnin episentri təxminən 85,4 min nəfər əhalisi olan Attok şəhərindən 19 km şimal-şərqdə yerləşib.

Təbii fəlakət ocağı isə 39 km dərinlikdə baş verib.   

Tələfat və dağıntılar barədə məlumat yoxdur.   

Töhfə Səməd

tag: Pakistan,Zəlzələ,Təbii Fəlakət,Episentr,Todaypress.az,