Pakistanda ballistik raket sınaqdan keçirildi
Pakistan mayın 3-də "Abdali" ballistik raketini sınaqdan keçirib.
TodayPress xəbər verir ki, bu barədə "Associated Press" agentliyi ölkə ordusuna istinadən məlumat yayıb.
Bildirilib ki, “yer-yer” tipli raketin uçuş məsafəsi 450 km təşkil edib. Buraxılış raketin təkmil naviqasiya sistemi və təkmilləşdirilmiş manevr qabiliyyəti də daxil olmaqla “qoşunların əməliyyat hazırlığını və əsas texniki parametrlərini” yoxlamaq məqsədi daşıyır.
tag: Pakistan,Abdali,Ballistik,Raket,todaypress.az,