Pakistanda məsciddə partlayış oldu: Ölənlər var - YENİLƏNDİ
Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, onlarla insan yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Pakistanın Baş naziri Şahbaz Şərif hadisəni terror aktı adlandırıb.
Yaralanlardan 20-si xəstəxanalara çatdırılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
***
15:25
Pakistanın şimal-şərqində yerləşən Xayber-Paxtunxva əyalətində məsciddə partlayış baş verib. TodayPress xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.
Pakistanın şimal-şərqində yerləşən Xayber-Paxtunxva əyalətində məsciddə partlayış baş verib.
TodayPress xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.
"Akora Hattak şəhərindəki Dar al-Ulum Haqqania məscidində partlayış baş verib, bir neçə nəfər xəsarət alıb və ölənlər var" deyə telekanal bildirib.
Qeyd olunub ki, partlayış nəticəsində azı 3 nəfər ölüb, 20 nəfər yaralanıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Nicat Osman
tag: Pakistan, Ölüm, Hücum,Məscid,Todaypress.az,