Pakistandan xəbərdarlıq: “Hər hansı təxribat cavabsız qalmayacaq”

Dünya

27.04.2025 21:15

12

"Hindistanın istənilən təxribat cəhdi Pakistan tərəfindən cavabsız qoyulmayacaq". 

TodayPress “Dawn”a istinadən xəbər verir ki, bu barədə Pakistanın dəmir yolları naziri Hənif Abbasi danışıb.

Nazir İslamabadda keçirilən mətbuat konfransında bildirib ki, Pakistan xalqı ordusunun arxasındadır və lazım gəldikdə birgə mübarizəyə hazırdır. Onun sözlərinə görə, ölkənin müdafiə sistemləri tam hazırlıqlı vəziyyətdədir və “Quri”, “Qəznəvi” və “Şahin” raketləri konkret məqsədlər üçün istehsal olunub.

“Əgər Hindistan bizim su təchizatımızı dayandırmağa cəhd edərsə, biz də onların hava təchizatını kəsəcəyik” deyə Abbasi xəbərdarlıq edib.

Qiymət Mahir

tag: Hindistan,Pakistan,Təxribat,Nəqliyyat,Nazir,todaypress.az,