Pakistanın Baş naziri Belarusa səfər edəcək
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif apreldə Belarusa səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Belarus prezidenti Aleksandr Lukaşenko Baş nazirin Minskə səfəri zamanı Pakistanla uzunmüddətli münasibətləri inkişaf etdirməyi və əməkdaşlığın yeni sahələrini müzakirə etməyi gözləyir.
Lukaşenko, həmçinin, Pakistan Günü münasibətilə prezident Asif Əli Zərdarini təbrik edib.
Türkan İsgəndərli
tag: Pakistan,Belarus,Baş nazir,Şahbaz Şərif,todaypress.az,