Panama 128 gəminin qeydiyyatını ləğv edəcək

Dünya

27.03.2025 13:01

1923

Panama hakimiyyəti ölkənin ticarət donanmasında qeydiyyatda olan 128 gəminin qeydiyyatını ləğv etməyə hazırlaşır. Bu addım ABŞ, onun müttəfiqləri və BMT tərəfindən tətbiq olunan sanksiyalarla bağlı atılacaq.

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” Panama Dəniz Administrasiyasına (PMA) istinadən məlumat yayıb. 

Administrasiyanın Ticarət Donanması üzrə baş direktoru Ramon Frankonun sözlərinə görə, artıq 70-dən çox tanker bu siyahıya düşərək qeydiyyatdan çıxarılıb.

O bildirib ki, Panama dənizçilik sahəsindəki problemləri həll etməyə çalışır və sanksiyalar bu məsələlərdən biridir.

Franko əlavə edib ki, oktyabrda qəbul edilən qanunverici dəyişikliklərdən sonra qeydiyyatın ləğvi prosesi 6 aydan 1 aya endirilib. 

Qiymət Mahir

tag: Panama,Gəmi,Qeydiyyat,Ləğv,Todaypress.az,