Panama ABŞ-nin Panama Kanalı ilə bağlı iddiasını təkzib etdi

Dünya

06.02.2025 12:10

1621

Panama hökuməti ABŞ Dövlət Departamentinin Panama Kanalından keçən Amerika hərbi gəmilərindən artıq rüsum alınmayacağına dair açıqlamasını təkzib edib.

TodayPress xəbər verir ki, bu barədə Panama Kanalı İdarəsi rəsmi bəyanat yayıb.

“Panama Kanalı İdarəsi, hansı ki, rüsum və digər ödənişlərin müəyyənləşdirilməsi səlahiyyətinə malikdir, ABŞ Dövlət Departamenti tərəfindən yayımlanan bəyanata cavab olaraq bildirir ki, rüsumlarla bağlı heç bir dəyişiklik edilməyib” qurumun açıqlamasında deyilir.

ABŞ Dövlət Departamenti rəsmi “X” hesabında ABŞ donanmasına məxsus gəminin kanalın şlüzlərindən keçdiyi bir görüntü paylaşaraq, ABŞ hökumətinə məxsus gəmilərin Panama Kanalından pulsuz keçəcəyini və bunun milyonlarla dollar qənaət təmin edəcəyini iddia etmişdi.

Panamanın Kubadakı səfirliyinin verdiyi məlumata görə, son 26 il ərzində ABŞ Panama Kanalından keçən hərbi gəmilər və sualtı qayıqlar üçün ümumilikdə 25,4 milyon dollar ödəyib ki, bu da ildə orta hesabla 1 milyon dollardan azdır.

Bu mübahisə ABŞ və Panama arasında artan diplomatik gərginlik fonunda baş verib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün əvvəl Panama Kanalını “geri almaq” niyyətini bir daha dilə gətirib. O, Çinin kanal üzərində təsirinin artdığını bildirərək “güclü addımlar” atılacağını bəyan edib.

Qiymət Mahir

tag: ABŞ,Panama,Tramp,Panama Kanalı,Todaypress.az,