Panama və ABŞ təzadlı bəyanatlar yaydı
Panama və ABŞ regionda təhlükəsizlik və əməkdaşlığa dair sazişlər imzalayıb.
TodayPress xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.
ABŞ-nin müdafiə naziri Pit Heqsetin sözlərinə görə, imzalanan memorandum iki ölkə arasında birgə təlimlərin yüksək səviyyəsinə zəmin yaradacaq.
Məlumata görə, tərəflər arasında kanala nəzarət qeyri-müəyyən olaraq qalır.
Belə ki, ABŞ-Panamanın birgə bəyanatının ispan dilindəki versiyasında bildirilib ki, Pentaqon Panamanın üzərində suverenliyini tanıyıb.
İngilis dilindəki versiyada isə bu barədə məlumat yoxdur.
Türkan İsgəndərli
tag: ABŞ,Panama,Təzad,Bəyanat,Todaypress.az,