Papa dəfn edildi

Dünya

26.04.2025 17:08

13

Vatikanda Roma Papası Fransisklə vida mərasimi keçirilib. 

TodayPress xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Vida mərasimi Roma Katolik Kilsəsinin kardinallarının tabuta yaxınlaşması ilə başlayıb. 

İbadətə Kardinallar Kollecinin dekanı Giovanni Battista Re rəhbərlik edib. 

İbadət zamanı içərisində mərhum pontifikin cənazəsi olan tabut Müqəddəs Pyotr Bazilikasından çıxarılıb və Santa Maria Maggiore Bazilikasına aparılıb. 

Sözügedən bazilika Roma şəhərinin ən yüksək nöqtəsində yerləşir.

Dəfn mərasimində 160-dan çox ölkə və beynəlxalq təşkilat nümayəndələri və 250 mindən çox şəxs iştirak edib. 

Nicat Osman

tag: Papa,Fransisk,Roma,Katolik,Ölüm,Todaypress.az,