Papa Fransisk haqqında sənədli film çəkilir
Dünyaca məşhur rejissor Martin Skorseze katoliklərin ruhani lideri Papa Fransisk haqqında sənədli film üzərində çalışır.
TodayPress xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Filmdə Skorseze ilə Papa Fransisk arasında keçirilən söhbətlər və pontifikin kamera qarşısında verdiyi geniş müsahibə yer alacaq.
Sənədli film eyni zamanda İndoneziya, Qambiya və İtaliyadan olan gənclərin proqramda iştirakını və çəkdikləri qısametrajlı filmləri də əhatə edəcək.
Filmin nümayiş tarixi hələlik açıqlanmayıb.
Qiymət Mahir
tag: Martin Skorseze ,Papa Fransisk,Film,Qambiya ,todaypress.az,