Papa Fransisk ictimaiyyət qarşısına çıxdı

Dünya

06.04.2025 18:00

15

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk xəstəlikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

TodayPress xəbər verir ki, bu barədə  "Reuters" məlumat yayıb.

Belə ki, o, Vatikanda qeyd olunan Müqəddəs Yubiley İli çərçivəsində Xəstə və Səhiyyə İşçilərinin Yubiley tədbirində Müqəddəs Pyotr Meydanına toplaşan dünyanın 90 ölkəsindən 20 mindən çox dindarı salamlayıb.

Qeyd edək ki, fevralın 14-də 88 yaşlı Papa Fransisk tənəffüs yolu infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Türkan İsgəndərli

tag: Roma,Vatikan,Papa Fransisk ,todaypress.az,