Papa Fransisk xəstəxanaya yerləşdirildi
Papa Fransisk bu gün bronxitin müalicəsini davam etdirmək üçün xəstəxanaya yerləşdirilib.
TodayPress xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, pontifik diaqnostik müayinələrdən keçmək və bronxit müalicəsini davam etdirmək üçün klinikaya yerləşdirilib.
O, bu səbəbdən Slovakiyanın baş naziri Robert Fitso və “CNN”in baş direktoru Mark Tompsonla planlaşdırılmış görüşlərini ləğv etməli olub.
Hazırda 88 yaşında olan Papa Fransisk bütün dövrlərin ən uzun müddət taxtda qalan ikinci pontifikidir.
Qiymət Mahir
tag: Papa Fransisk,Bronxitin ,Müalicə,Xəstəxana,todaypress.az,