Papa Fransiskin son vəziyyəti açıqlandı

Dünya

15.03.2025 14:30

2340

Fevralın ortalarından sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilən Papa Fransisin evə buraxılması ertələnib.   

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. 

Məlumata görə, onun vəziyyəti stabildir.

Bildirilir ki, Papanın klinik durumu dəyişməz olaraq qalır.

Həkimlər bu cəhəti müsbət qiymətləndiriblər.   

Qeyd edək ki, fevralın 14-də 88 yaşlı Papa Fransisk tənəffüs yolu infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.   

Türkan İsgəndərli

tag: Papa,Fransisk,Roma,Katolik,Todaypress.az,