Papa Pasxa bayramında iştirakdan imtina etdi

Dünya

16.04.2025 18:36

13

Papa Fransisk sətəlcəm xəstəliyinə görə Pasxa öncəsi ayinlərə və Müqəddəs Pyotr meydanında Pasxa bayramına rəhbərlik edə bilməyəcək.   

TodayPress xəbər verir ki, bu barədə "Radio1" məlumat yayıb. 

Bildirilib ki, pontifik artıq Pasxa öncəsi ayinlərin və xidmətlərin aparılmasını kardinallara həvalə edib.

Pasxa öncəsi rituallar 18 apreldə başlayacaq. Ənənəvi papa müraciəti aprelin 20-nə planlaşdırılıb. 

Türkan İsgəndərli

tag: Papa,Fransisk,Roma,Katolik,Todaypress.az,