Papa XIV Leonun ilk çıxışından üç vacib SİQNAL
Müqəddəs Pyotr Bazilikasının eyvanında ilk çıxışında Papa XIV Leo 1,4 milyard katolikin lideri kimi necə bir mövqe tutacağını göstərən üç əsas mesaj verib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” yazıb.
O, Roma Papası seçilən ilk amerikalıdır. Bununla belə, onun Peru vətəndaşlığı da var. Prevo bu ölkədə uzun illər missioner kimi xidmət edib.
Papa XIV Leonun ilk jestləri və çıxışı həm sadəliyə, həm də islahatlara açıq bir lider portreti formalaşdırıb.
Onun ilk verdiyi siqnal ad seçimi ilə bağlıdır. Yeni seçilən papalar adlarını adətən gələcək yönümlü ismarıc kimi təqdim edirlər. Məsələn, Papa Fransisk adını Assisili Müqəddəs Fransiskdən götürmüşdü. Bu, kasıblara yardım və var-dövlətdən imtina mesajı idi.
XIV Leo isə adını 1878–1903-cü illərdə papanlıq etmiş XIII Leodan götürüb. Həmin papa sosial ədalət mövzularına xüsusi önəm verir, işçilərin hüquqlarını, ədalətli əməkhaqqını və həmkarlar ittifaqlarına üzv olmaq haqqını müdafiə edirdi.
İsaçı keşiş və papa müşahidəçisi Tomas Rizə görə, bu seçim təsadüfi deyil:
“O, bu adla göstərdi ki, kilsənin sosial təlimlərinə sadiq qalacaq.”
İkinci siqnal sülh mesajıdır. İlk cümləsi “La pace sia con tutti voi!” (“Hamınıza sülh olsun!”) olub.
Üçüncü siqnal isə onun geyimi ilə bağlı idi. 2013-cü ildə seçildiyi ilk gün də daxil olmaqla, papalığın bütün bəzəklərini rədd edən Fransiskdən fərqli olaraq, XIV Leo ilk çıxışında ənənəvi qırmızı papa mantiyasını geyinib. Bununlan o, Fransiskin ənənəsinə əməl etsə də, yeni və fərqli papa olduğunu bildirib.
Qiymət Mahir
tag: Vatikan,Papa, XIV Leo,Katolik,Todaypress.az,