Papa yenidən süni nəfəs aparatına qoşuldu
Pnevmoniyadan
müalicə olunan Papa Fransisk bazar ertəsi günü iki dəfə kəskin tənəffüs
çatışmazlığından əziyyət çəkdiyindən yenidən qeyri-invaziv tənəffüs
aparatına qoşulub.
TodayPress xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti
məlumat yayıb.
Həkimlər
"çoxlu sekresiyaların aspirasiyası zərurəti ilə" papaya iki
bronxoskopiya ediblər. Onun şüurunun açıq olduğu bildirilib.
tag: Papa, Aparat, Süni, Taxt-Tac, Fransisk, todaypress.az,