Papanın tabutu bağlandı

Dünya

26.04.2025 09:27

15

Vatikanda Papa Fransiskin tabutunun bağlanış mərasimi keçirilib. 

TodayPress xəbər verir ki, bu barədə "Vatican News" məlumat yayıb. 

Mərasim Müqəddəs Pyotr Bazilikasında baş tutub. Tabutun 22:00-da (Bakı xatı ilə - red.) bağlandığı bildirilib. 

Mərasimi Roma Katolik Kilsəsinin Kardinal Kamerlenqo Kevin Farrell həyata keçirib.

Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də 88 yaşında vəfat edib. Onun cəsədinin olduğu tabut aprelin 23-dən kafedraldadır. Bu müddət ərzində Papa ilə vidalaşmağa 250 mindən çox insan gəlib. Fransiskin vəsiyyətinə əsasən, tabut yer səviyyəsində, cənazə maşını olmadan qoyulub.

Töhfə Səməd 

tag: Vatikan,Papa,Fransisk,Müqəddəs Pyotr Bazilikası,todaypress.az,