Papanın vəziyyəti pisləşdi

Dünya

01.03.2025 11:18

1928

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk bronxospazm keçirib və nəfəs alması üçün təcili yardım tələb olunub.   

TodayPress, "Vatican News"a istinadən xəbər verir ki, 88 yaşlı papanın vəziyyətinin pisləşməsi barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. 

“Bronxospazm tənəffüs sisteminin pisləşməsinə, qusmaya səbəb olub. Papaya qeyri-invaziv süni ventilyasiya verilib” deyə məlumatda bildirilir. 

Qeyd edək ki, fevralın 19-da Papa Fransiskdə ikiqat pnevmoniya yarandığı açıqlanıb. Hazırda vəziyyət ağır stabildir. 

Töhfə Səməd

tag: Papa,Fransisk,Roma,Katolik,Todaypress.az,