Papuaşvili: "Baltikyanı ölkələr Gürcüstanı Rusiya ilə qarşıdurmaya çağırır"

Dünya

28.03.2025 17:35

2545

“Estoniya, Latviya və Litva Gürcüstanı Rusiya ilə qarşıdurmaya çağırıb”.   

TodayPress xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.   

Onun sözlərinə görə, oxşar çağırışlar Ukraynada hərbi əməliyyat başlayandan sonra edilib.

Papuaşvili əlavə edib ki, Baltikyanı ölkələr Rusiyaya qarşı sanksiyaların tətbiqini tələb edir və bununla da dövlətlər arasında münasibətlərin gərginləşməsinə səbəb olur.   

“Estoniya, Latviya və Litva Rusiyanın diqqətini yayındırmaqla öz təhlükəsizliklərini gücləndirməyə çalışırlar” deyə spiker bildirib. 

 Aysel Mətləb

tag: Şalva Papuaşvili, Gürcüstan, Parlament,Sədr, todaypress.az,