Papuaşvili: “Baltikyanı ölkələr Rusiyaya qarşı çıxmalıdırlar”
"Baltikyanı ölkələrin (Estoniya, Latviya və Litva) Rusiya ilə bağlı hər hansı narahatlıqları varsa, ona qarşı çıxmalıdırlar".
TodayPress xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili mətbuat konfransında deyib.
"Bu üç ölkənin hakimiyyətinin Gürcüstanda yalnız bir marağı var. Bu maraq ondan ibarətdir ki, biz Rusiyaya qarşı silah və alət olaq. Bu üç postsovet ölkəsinin Rusiya ilə bağlı öz qorxuları var. Onlar bu qorxulara qətiyyətlə müqavimət göstərmək və lazım gələrsə, müharibəyə başlamaq əvəzinə, başqa dövlətlərdən və xalqlardan istifadə edərək Rusiyanın diqqətini başqa məsələlərə yönəltməyə çalışırlar" spiker bildirib.
Qeyd edək ki, Estoniya, Latviya və Litva Gürcüstan hakimiyyətinə qarşı məhdudlaşdırıcı tədbirlərə qoşulub.
Türkan İsgəndərli
tag: Gürcüstan, Parlament,Şalva Papuaşvili, Gürcüstan,Sədr, todaypress.az,