Papuaşvili: "Saakaşvilinin Gürcüstana gizli gəlişi planlaşdırılıb"

Dünya

17.03.2025 17:15

2883

"Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin 2021-ci ildə vətəninə gizli gəlişi Ukrayna hərbi kəşfiyyatı tərəfindən planlaşdırılıb və həyata keçirilib".   

TodayPress xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib. 

Onun sözlərinə görə, Gürcüstana gizli gəlişindən bir neçə gün əvvəl Saakaşvili Brüsseldə olub və Avropa Parlamentinin nümayəndələri ilə görüşüb.   

Qeyd edək ki, Tbilisi şəhər məhkəməsi Saakaşvilini 2021-ci ildə Gürcüstan sərhədini qanunsuz keçmək ittihamı ilə 4,5 il müddətinə azadlıqdan məhrum edib. 

Türkan İsgəndərli

tag: Papuaşvili,Saakaşvili,Gürcüstan,Gizli,Todaypress.az,