Paralel kainatın varlığına dair sübutlar aşkar edildi

Dünya

26.02.2025 11:34

2021

ABŞ və İsveçrədən olan bir qrup fizik paralel dünyaların mövcudluğuna dair ilk potensial sübutu əldə etdiklərini açıqlayıblar.   

TodayPress xəbər verir ki, bu barədə “News Frol” portalı məlumat yayıb. 

Bildirilib ki, alimlər hissəciklərin sürətləndiricisində anomal kvant kənarlaşmaları aşkar ediblər. Bu dəyişikliklər klassik elm baxımından izah edilə bilməz.

Layihənin aparıcı mütəxəssisinin sözlərinə görə, əldə edilən məlumatlar atomaltı səviyyədə reallığımızla qarşılıqlı əlaqədə olan görünməz “kölgə” kainatın mövcudluğundan xəbər verə bilər. 

Məqalədə deyilir ki, fərziyyə doğru çıxsa, müxtəlif ölçülər arasında hərəkət etməyə imkan verən texnologiyaların inkişafına yol açacaq. 

Töhfə Səməd

tag: ABŞ,İsveçrə,Alimlər,Kosmos,Araşdırma,Todaypress.az,