Paris məhkəməsi Marin Le Peni təqsirli bildi
Fransanın “Milli Birlik” partiyasının lideri Marin Le Pen və partiyanın səkkiz deputatı parlament köməkçiləri işi üzrə Paris məhkəməsi tərəfindən təqsirli bilinib.
TodayPress xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Məhkəmənin qərarı ilə Le Pen dörd il müddətinə (iki il şərti və iki il elektron qolbaqla) azadlıqdan məhrum edilib.
Bundan başqa məhkəmə Le Penə beş il müddətində dövlət orqanlarına seçilməyi qadağa qoyub.
Məhkəmə qərara gəlib ki, hökm təcili yerinə yetirilməlidir.
Le Pen prokurorluğun tələbini partiyasını məhv etmək cəhdi kimi qiymətləndirib.
Hökm onun 2027-ci ildə prezidentliyə namizədliyini irəli sürməsinə mane ola biləcək seçilmək hüququnun itirilməsini nəzərdə tutur.
Məlumata görə, Le Pen Avropa Parlamentində köməkçilərin işə götürülməsi üçün ayrılmış vəsaitlərin təyinatdan kənar istifadə edilməsində, yəni vəsaitlərin mənimsənilməsində təqsirli bilinib.
Qiymət Mahir
tag: Fransa,Marin Le Pen,Həbs,Məhkəmə,Qərar,Todaypress.az,