Paris Rusiyanın dondurulmuş aktivlərindən Kiyevə silah göndərəcək

Dünya

09.03.2025 14:30

2011

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə etdiyi gəlirlərdən istifadə edərək 2025-ci ildə Ukraynaya 195 milyon avro dəyərində silah göndərmək niyyətindədir. 

TodayPress xəbər verir ki, bu barədə “La Tribune Dimanche” qəzetinə müsahibəsində Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornu məlumat verib.

"Bu il Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə edərək, Kiyevə 195 milyon avro məbləğində dəstək verəcəyik. Hərbi yardım paketinə Ukraynaya tədarük edilən "Mirage 2000" qırıcılarının istifadə edə biləcəyi 155 mm-lik mərmilər və "AASM" idarə olunan bombalar daxil olacaq" deyə o bildirib. 

Lekornu həmçinin əlavə edib ki, Paris Kiyevə göndəriləcək köhnəlmiş avadanlıqları dəyişdirməyə davam edəcək. Nazir qeyd edib ki, bu, xüsusən 1970-ci illərdə Fransada istifadəyə verilmiş "AMX-10RC" təkərli tanklarına və "VAB" yüngül zirehli maşınlarına aiddir.

Töhfə Səməd

tag: Fransa ,Rusiya,Silahlı Qüvvələr,Sebastyan Lekorn,AMX-10RC,todaypress.az,