Parisdə dəmiryol vağzalında atışma- Yaralılar var

Dünya

03.02.2025 20:07

2312

Parisdə  Austerlitz dəmiryol vağzalında  atışma nəticəsində iki nəfər yaralanıb.

 

TodayPress xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.


Nəşrin məlumatına görə, naməlum kişi divarlara svastika çəkmək istəyərkən saxlanılıb.


Patrul həmin şəxsə yaxınlaşanda o, silahı hüquq-mühafizə orqanlarının əməkdaşlarına tuşlayıb. Buna cavab olaraq isə təhlükəsizlik işçiləri atəş açaraq həmin şəxsi ağır yaralayıblar.

 

Qəzet hadisə zamanı daha bir nəfərin yüngül xəsarət aldığını bildirib.

 

tag: Vağzal, Paris, Atışma, Polis, todaypress.az,