Parisdə İkinci Dünya Müharibəsi Bombası tapıldı
Fransada Paris Şimal Stansiyasının yaxınlığında İkinci Dünya Müharibəsindən qalma bomba tapılıb, qatarların hərəkəti dayandırılıb.
TodayPress xəbər verir ki, bu barədə “BFM TV” məlumat yayıb.
Bildirilib ki, partlamamış aviabomba stansiyadan 2,5 km aralıda, dəmiryol relslərinin yaxınlığında Sen-Denidə tapılıb.
Bununla əlaqədar bu ərazidə qatarların hərəkətinin dayandırılması barədə göstəriş verilib.
Nəqliyyatın hərəkəti yalnız Paris polis prefekturasının xüsusi xidmət orqanları tərəfindən aparılan bomba zərərsizləşdirilməsi əməliyyatı başa çatdıqdan sonra bərpa oluna biləcək.
Aysel Mətləb
tag: Paris,İkinci Dünya Müharibəsi,Bomba,Sen-Deni,Todaypress.az,