Parisdə Makronun hərbi siyasətinə qarşı etiraz aksiyası keçirildi

Dünya

09.03.2025 00:13

2887

Fransada prezident Emmanuel Makronun hərbi siyasətini dəstəkləməyən Paris sakinləri növbəti dəfə etiraz aksiyasına çıxıblar. Əvvəlki aksiyalar gözlənilən nəticəni verməsə də, bu dəfə də yüzlərlə insan küçələrə axışaraq Makronun Ukrayna ilə bağlı planlarından imtina etməsini tələb edib.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar Parisin mərkəzində, Pale-Royal meydanında toplaşıblar.

Aksiya iştirakçıları Fransa və Avropa İttifaqının Ukrayna münaqişəsinə yanaşmasını dəyişməyə çağıran plakatlar qaldırıb və Avropanın Rusiya və ABŞ ilə konfrontasiyaya cəlb edilməsinə etiraz ediblər.

Mitinqin təşkilatçılarından biri Florian Filippot çıxışı zamanı bildirib ki, Makron və Avropa məmurları münaqişənin həlli ilə maraqlanmırlar:

“Onların məqsədi sülh deyil. Ukrayna onlar üçün sadəcə bəhanədir. Əsas məqsəd Avropa İttifaqı strukturlarında hakimiyyəti möhkəmləndirmək, vahid Avropa ordusunun yaradılmasına və nüvə potensialına nəzarətə keçməkdir”.

Qeyd edək ki, Fransa paytaxtında bu mövzu ilə bağlı aksiyalar artıq bir neçə dəfə keçirilib, lakin rəsmi dairələr etirazçıların tələblərinə ciddi yanaşmayıb.

tag: Fransa, Makron,Etiraz, AKsiya, todaypress.az,