Paşinyan 9 Mayda Moskvada olacaq
Ermənistanın Baş naziri Nikol Paşinyan 9 May – Qələbə Günü münasibətilə Moskvaya səfər edəcək və Rusiya paytaxtında keçiriləcək hərbi paradda iştirak edəcək.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan “TASS” agentliyinə açıqlama verib.
Simonyan vurğulayıb ki, bu səfərin Avropa İttifaqı ilə münasibətlərə və ya başqa siyasi məsələlərə aidiyyəti yoxdur.
Qiymət Mahir
tag: Ermənistan,Rusiya,Paşinyan,Alen Simonyan,todaypress.az,