Paşinyan Avropa İttifaqı üzvlüyü layihəsini irəli sürür
Hökumət fraksiyasının böyük bir qismi “Avroreferendum” layihəsinin qəbul edilməsinin parlament tərəfindən təxirə salınmasını, hakimiyyətin riskləri tam dəyərləndirməsini tələb etsə də, Nikol Paşinyan qərarından dönmür. Layihə 11 fevralda başlayacaq növbədənkənar iclasların gündəliyinə daxil edilib.
TodayPress xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti yazır.
Fevralın 9-da və 10-da Paşinyanla görüş gözlənilir. O, görüşdə fraksiya üzvlərinə ictimaiyyət qarşısında layihəni necə müdafiə etmələri barədə təlimat verəcək.
Fraksiya üzvləri arasında Avropa İttifaqı üzvlüyünə müraciət qəbul edildikdən sonra Ermənistanın ciddi iqtisadi problemlərlə üzləşəcəyinə dair narahatlıqlar var. Rusiya hətta Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxarılmasını tələb edə bilər ki, bu da ölkə iqtisadiyyatına böyük zərbə vura bilər.
Qiymət Mahir
tag: Paşinyan,Ermənistan,Avropa İttifaqı,Rusiya,Todaypress.az,