Paşinyan: “Demokratiya və müstəqillik yolunda irəliləyirik”

Dünya

06.02.2025 15:25

1454

“Hazırda ölkəmizin dövlətçiliyi və müstəqilliyi ideyalarını xalqa yaxınlaşdırmağa çalışırıq”.

TodayPress xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 5-də keçirilən Beynəlxalq Dini Azadlıq Sammitində bildirib. Onun sözlərini erməni KİV-i paylaşıb.

“İmperiyanın vətəndaşı olmaqla müstəqil demokratik ölkənin vətəndaşı olmaq fərqlidir. Ermənistanda uzun müddət müstəqil dövlət olmayıb, lakin 30 il əvvəl müstəqilliyimizi yaratmağa başlamışıq və hazırda demokratiyamızı stabil və institutlaşmış hala gətirmək prosesindəyik. Demokratiyaya doğru irəliləyirik və bu, Ermənistanda demokratiyanın böyük gələcəyi olduğunu göstərir” deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda ABŞ-də işgüzar səfərdədir.

Qiymət Mahir

tag: Ermənistan,Paşinyan,ABŞ,Səfər,Todaypress.az,