Paşinyan: “Ermənistan və Türkiyə heç vaxt bu qədər aktiv dialoq aparmayıb”

Dünya

05.02.2025 13:35

1102

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi Türkiyə ilə aktiv dialoqu davam etdirir və indiyə qədər belə intensiv təmaslar olmayıb. 

TodayPress Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, bu fikri “Atlantic Council” təşkilatında çıxışından sonra səfir Con Herbstə verdiyi müsahibədə səsləndirib. 

“Türkiyə ilə ünsiyyət üçün faktiki olaraq heç bir maneə yoxdur. Xarici İşlər nazirlərimiz mütəmadi olaraq görüşür və danışırlar, nümayəndələrimiz daim əlaqədədir. Çox aktiv işləyirik və görülməli işlər barədə ümumi anlayış var. Lakin real nəticəyə nail olmaq üçün son addımlar atılmalıdır. Ümid edirik ki, nəticə tezliklə əldə olunacaq” deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılmasını Azərbaycan-Ermənistan əlaqələrinin tənzimlənməsi ilə əlaqələndirir.

Qiymət Mahir

tag: Türkiyə,Paşinyan,Ərdoğan,Ermənistan,TodayPress.az,