Paşinyan Makronla danışıqlar prosesini müzakirə etdi

Dünya

10.02.2025 23:00

1644

Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb.

TodayPress xəbər verir ki, onlar Ermənistan-Azərbaycan danışıqlar prosesini və ikitərəfli münasibətləri müzakirə ediblər.

"Görüşdə Paşinyan və Makron Ermənistanla Azərbaycan arasında sülh prosesini, Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası prosesini, eləcə də regional kommunikasiyaların blokdan çıxarılmasını müzakirə ediblər. Həmçinin regional əhəmiyyətli bir sıra digər məsələlər də müzakirə olunub" Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatında deyilir. 

Qeyd edək ki, Paşinyan Fransada işgüzar səfərdədir və orada Süni İntellekt üzrə Fəaliyyət Sammitində (Sommet pour l'action sur l'Intelligence Artificielle) iştirak etmək niyyətindədir.

 

tag: Ermənistan, Paşinyan, Makron, Fransa,Prezident, Görüş, Azərbaycan, todaypress.az,