Paşinyan Ştaynmayerlə görüşdü

Dünya

31.03.2025 18:20

746

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda rəsmi səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb. 

TodayPress xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb. 

Nikol Paşinyan iki ölkə arasında fəal və dərinləşən əməkdaşlığın qurulduğunu vurğulayıb. 

Almaniya prezidenti isə ölkəsinin Ermənistan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının inkişafına və Ermənistan hökumətinin islahatlar proqramının səmərəli həyata keçirilməsinə dəstəyini ifadə edib. Həmsöhbətlər ikitərəfli münasibətlərin inkişafı və dərinləşdirilməsi üçün böyük potensialın olduğunu dilə gətirib.  Paşinyan bu kontekstdə Aİ ilə viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqun vacibliyini də diqqətə çatdırıb.

“Ermənistan ilə Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında Müqavilə” layihəsinin razılaşdırılması müzakirə edilib. Ermənistanın Baş naziri və Almaniya prezidenti sazişin imzalanmasının Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsinin xeyrinə olduğunu bildirib" deyə məlumatda əlavə olunub. 

Töhfə Səməd

tag: Ermənistan,Baş nazir,Nikol Paşinyan,Almaniya ,todaypress.az,