Paşinyan və Putin telefonla danışdı
Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin telefonla danışıb.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Danışıq zamanı Paşinyan Rusiya liderini Bakı ilə razılaşdırılmış sülh sazişi layihəsi barədə məlumatlandırıb.
Bundan başqa tərəflər regional və ikitərəfli gündəlikdəki məsələləri müzakirə ediblər.
Türkan İsgəndərli
tag: Paşinyan,Putin,Telefon,Danışıq,Todaypress.az,