Patruşev: "Rusiya ABŞ ilə birgə layihələrə hazırdır"

Dünya

26.03.2025 20:00

1117

Rusiya ABŞ ilə birgə qarşılıqlı faydalı layihələr həyata keçirməyə hazırdır, lakin hər şey Amerika tərəfinin marağından və istəyindən asılı olacaq.

TodayPress “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev bildirib.

“Hər şey amerikalıların göstərdiyi maraqdan asılı olacaq” deyə o jurnalistlərə Rusiya ilə ABŞ arasında mümkün əməkdaşlıq barədə sualı cavablandırarkən deyib.

“Biz hər zaman əməkdaşlığa hazırıq. İstək olarsa, onlarla danışarıq. Maraqlı və faydalı layihələr var ki, onları müzakirə etmək olar. Onlar həm ABŞ, həm də Rusiya üçün faydalı olacaq” deyə Patruşev əlavə edib. 

Aysel Mətləb

tag: Rusiya,ABŞ,Patruşev,Danışıq,todaypress.az,