Pekin ABŞ-nin tarif qərarına görə ÜTT-yə şikayət etdi

Dünya

04.04.2025 19:20

1637

Çin ABŞ prezidenti Donald Trampın Çin məhsullarına tətbiq etdiyi 34 faizlik gömrük rüsumları ilə bağlı Ümumdünya Ticarət Təşkilatının (ÜTT) mübahisələrin həlli mexanizminə müraciət edib. 

TodayPress xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi rəsmi açıqlama yayıb.

Nazirlik bəyan edib ki, Trampın bu qərarı “ÜTT qaydalarının ciddi şəkildə pozulması, təşkilat üzvlərinin qanuni hüquq və mənafelərinə zərər vurulması, qaydalara əsaslanan çoxtərəfli ticarət sisteminə və beynəlxalq iqtisadi-ticarət nizamına xələl gətirilməsi” deməkdir.

Çin Ticarət Nazirliyi qeyd edib ki, ABŞ-nin tətbiq etdiyi rüsumlar qlobal iqtisadi və ticarət nizamının sabitliyini təhdid edir və buna Pekin qəti şəkildə etiraz edir.

Bəyanatda vurğulanıb ki, Çin həmişə çoxtərəfli ticarət sisteminin güclü tərəfdarı olub və ABŞ tərəfinə “səhv qərarını dərhal düzəltmək və birtərəfli tarifləri ləğv etmək” çağırışı edilib.

Qiymət Mahir

tag: ÜTT,Çin,ABŞ,Tarif,todaypress.az,