Pekin qlobal ticarət müharibəsinin qarşısını almaq istəyir

Dünya

03.02.2025 17:18

3057

Çin qlobal ticarət müharibəsinin başlanmasının qarşısını almaq və ABŞ prezidenti Donald Trampın ilk prezidentlik dövründə əldə olunmuş razılaşmalara qayıtmaq niyyətindədir. 

TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Mənbənin məlumatına görə, Pekin bununla yanaşı, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) çərçivəsində danışıqlar aparmağı planlaşdırır. Çin hakimiyyəti həmçinin ABŞ iqtisadiyyatına investisiyaları artırmağı düşünür. Xüsusilə elektromobillər üçün akkumulyator istehsalı sahəsinə sərmayə yatırılması düşünülür.

Bundan əlavə, Çin hökuməti milli valyutasının məzənnəsini süni şəkildə aşağı salmaqdan imtina etməyə hazır olduğunu bildirir.

Qiymət Mahir

tag: Çin ,Donald Tramp,ABŞ,ÜTT,todaypress.az,