Pekindən siqnal: Rusiya–Çin münasibətlərində yeni təkan olacaq
“Rusiya prezidenti Vladimir Putinin Çinə, Çin Xalq Respublikasının sədri Si Cinpinin isə Rusiyaya nəzərdə tutulan səfərləri iki ölkə arasında münasibətlərin inkişafına yeni impuls verəcək”.
TodayPress xəbər verir ki, bu barədə Çin XİN rəhbəri Van İ “TASS” agentliyinə açıqlamasında bildirib.
“Çin sədrinin Rusiyaya qarşıdakı səfəri, eyni zamanda Sizin Çinə səfəriniz ikitərəfli münasibətlərin inkişafına şübhəsiz yeni təkan verəcək” deyə Van İ qeyd edib.
O vurğulayıb ki, Moskva ilə Pekin arasındakı əməkdaşlıq heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib və xarici müdaxilələrə boyun əymir. Onun sözlərinə görə, bu əməkdaşlıq qısamüddətli deyil, strateji və uzunmüddətli xarakter daşıyır.
Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov may ayında Rusiya–Çin sammitinin keçiriləcəyini elan etmişdi.
Qiymət Mahir
tag: Rusiya,Çin,Siqnal,Münasibətlər,Todaypress.az,