Pentaqon 3 işçisini qovdu

Dünya

20.04.2025 16:00

10

Pentaqonun işdən qovulan üç əməkdaşı keçmiş həmkarlarını böhtanda ittiham edib. 

TodayPress xəbər verir ki, bu barədə "The Washington Post" (WP) öz mənbələrinə istinadən məlumat yayıb.

"Pentaqon rəsmiləri əsassız hücumlarla bizim reputasiyamıza böhtan atıblar" nəşrin mənbələri bildirib.

Məxfi məlumatları yaymaqda günahlandırılan keçmiş məmurlar ABŞ prezidenti Donald Trampın komandasından olan hazırkı şöbə müdiri Pit Heqsetin rəhbərliyi altında son dövr işlərindən “inanılmaz dərəcədə məyus olduqlarını” açıqlayıblar.

“Hazırda bizə qarşı istintaqın səbəbi barədə hələ də məlumat verilməyib” deyə bildiriblər.

Töhfə Səməd 

tag: Pentaqon,İşçi,ABŞ,todaypress.az,