Pentaqon 50-60 min mülki işçini ixtisar edir
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) qarşıdakı aylarda 50-60 min mülki işçini işdən çıxarmaq, istefaya göndərmək və yeni işə qəbul prosesini dondurmaq yolu ilə ixtisar etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, “ABC News”un yüksək rütbəli müdafiə rəsmisinə istinadən verdiyi məlumata görə, Müdafiə naziri Pit Heqset təxminən 900 min nəfərdən ibarət mülki işçi heyətinin 5-8 faizini azaltmağı hədəfləyir.
Bildirilib ki, plan çərçivəsində hər ay təxminən 6,000 vakant yer işçilər könüllü şəkildə istefa verdikcə doldurulmayacaq.
Pentaqon ixtisarları üç üsulla həyata keçirir: könüllü istefalar, sınaq müddətində olan işçilərin işdən çıxarılması və təbii işçi dövriyyəsi zamanı boşalan yerlərin doldurulmaması.
Bu addım ABŞ prezidenti Donald Tramp administrasiyasının federal işçi qüvvəsini azaltmaq planının bir hissəsidir.
Hazırda ixtisarların əksəriyyəti könüllü əsasda həyata keçirilir.
Lakin Pentaqon ötən ay 5,400 sınaq müddətində olan mülki işçinin işdən çıxarılmasını planlaşdırsa da, bu proses məhkəmə çəkişmələri səbəbindən dayandırılıb.
Buna baxmayaraq, Heqset bu ixtisarların hərbi hazırlığa mənfi təsir göstərməyəcəyinə əmin olduğunu bildirib.
Qiymət Mahir
tag: Pentaqon,Mülki,İşçi,İxtisar,Todaypress.az,